Əliyevdən Qarabağda antiterror əməliyyatı və Laçın dəhlizi mesajı

Prezident İlham Əliyev Əliyev Astanada Paşinyan və Putinin də iştirak etdiyi MDB iclasında 10 noyabr razılaşmasının 4-cü və 9-cu bəndi icra edilməyəcəyi təqdirdə, adekvat tədbirlər görüləcəyinin anonsunu verdi.

1. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılması razılaşmaya uyğun həyata keçirilməsə, antiterror əməliyyatı keçiriləcək;

2. Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlanacaq: Əliyevin “Azərbaycan üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirir, o cümlədən, Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir” sözləri də Zəngəzur dəhlizinə imkan verilməyəcəyi təqdirdə adekvat addımın məhz Laçın dəhlizində atılacağını deməyə əsas verir;

Bu, həm də üçtərəfli razılaşmaya imza atan Putinə də ünvanlanıb.

Asif Nərimanlı

/publika.az/