Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə getmişdir. Sentyabrın 30-da geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış etmişdirlər. İlk öncə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanla Bolqarıstan arasında sıx əlaqələr mövcuddur. Həmin əlaqələr 30 illik dövrü əhatə edir. İki dövlət arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni münasibətlər sürətlə inkişaf edib. Xatırladaq ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 05 iyun 1992-ci ildə qurulmuşdur. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. İki ölkə arsında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İlk dəfə 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Sonrakı dövrdə də bu əlaqələrin inkişafı diqqət mərkəzində saxlanılıb.

2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan – Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi önəm verib. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Bu Bəyannamə iki dövlər arasında əlaqələri yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda, o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.

Bu gün yeni geosiyasi vəziyyəti nəzərə alsaq, nəqliyyat təhlükəsizliyi də əlbəttə ki, önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, – bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında həmçinin bildirmişdir ki, Bu il tranzit yüklərin həcminin təqribən 50 faizə yaxın artdığını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, gələcəkdə bu rəqəm daha da böyük olacaq. Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar. “Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq. Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, -deyə Prezident İlham Əliyev vurğulayıb. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.

Ramilə Seyidova,

YAP Siyəzən rayon təşkilatının sədr müavini