Pensiyalarin yeni indeksasiya metodu sosial rifahin hüquqi bazasıdır

Ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin əsasında məhz sosial siyasət on plandadir. Ölkəmizin ilbəil artan iqtisadi gücü qüdrəti imkan verir ki əhalinin sosial rifah halını yaxlaşdırmaq ucun tədbirlər görülsün və görülürdə. Belə ki, hər il möhtərəm prezidentimizin fərmanın və sərəncamları ilə əmək pensiyaları müavinətlər , təqaüdlər və digər kateqoriyadan olan sosial təyinatlı ödəmələr artırılır və insanlarımız bunları demək olar ki, gündəlik həyatlarında hiss edirlər. Bundan irəli gələrək yenə də cənab Prezident 2022-ci ilin 8 fevral tarixli 3135 nomrəli sərəncamında Nazirlər kabinetinə iki tapşırıq vermişdir ki qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının yəni dövlət qulluqçularının hərbi və xüsusi rütbəli şəxslər hakimlər prokurorlar və sairə əmək pensiyalarını indeksləşdirməklə artırılması mexanizmi və 2022-ci ildə əmək pensiyalarına ödənilən maddi yardımın 2023 cu ildən pensiyaların tərkibinə daxil edilməsinə dair təklif hazırlaşın .

Beləliklə, bu təklifin əsasında maddi yardımın pensiyaların tərkibinə daxil edilməsini və qulluq əlavəsi olan şəxslərin pensiyasının növbəti ilin 1 yanvarından indeksasiya metodu ilə artırılmasını özündə əks etdirən “Əmək pensiyaları haqqında “Azərbaycan respublikasının Qanununa dəyişiklik layihəsi hazırlanmış və Milli Məclisdə müzakirə edilərək plenar iclasa tövsiyə edilmişdir. Bu dəyişiklik və əlavələr ədalət prinsipini qorumaq pensiya alanlar arasında ayrı seçkiliyi aradan qaldırmaqdır.

Hesab edirəm ki məhz bu prinsipə uğurla əməl olunub. Belə ki, əvvəllər ümumi əsaslarla təyin edilmiş pensiyalar hər ilin əvvəlində nominal əməkhaqqının artım tempine uyğun indeksləşdirilərək artırılırdı və beləliklə həmin pensiyaların real dəyəri qorunmuş olurdu. Ancaq qulluq əlavəsi alan şəxslərin pensiyası həmin şəxslərin əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda bu artımlar nəzərə alınıb qulluq stajına görə əmək pensiyalarına əlavələr yenidən hesablanır və artırılırdı. Bildiyimiz kimi bu kateqoriyadan olan insanların əmək haqları isə 3 -5 ildə bir dəfə artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyası bir necə il heç artmırdı. Qanuna olan dəyişikliyin bir üstünlüyü də maddi yardımların əvvəlcədən pensiyanın tərkib hissəsinə daxil edilməsi və vahid indeksasiya metodunun bundan sonra tətbiq ovunmasını nəzərdə tutur.

Gördüyümüz kimi nə qədər sadə humanist bir yanaşmadır ki, bütün pensiya alanların pensiyası hər il indeksasiya olunacaq və real dəyərini qoruyacaq. Əlbəttə bu isə pensiyaçıların sosial rifah halının xeyli dərəcədə qorunması və güvənli olması deməkdir.

İlham Məmmədov,

Millət vəkili

Leave a comment