Xersondakı rus alayı döyüşməkdən imtina etdi

6 aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində ciddi texniki-təchizat problemləri ilə üzləşən rus ordusunda baş verən daxili etirazlar artıq kütləvi iğtişaşlarla əvəz olunur.

Britaniya mətbuatı xəbər verir ki, Ukraynanın cənub əməliyyat komandanlığının kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın 1-ci ordu korpusunun 127-ci alayı Xerson şəhəri yaxınlığında döyüşə qoşulmaq əmrinə tabe olmayıb.

Əmrə tabe olmayan hərbçilər komandirlərə bildiriblər ki, su və ərzaq çatışmamazlığına, həmçinin maaşlarını ala bilmədiklərini görə, döyüşə qoşulmayacaqlar.

Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın kəşfiyyat orqanları üsyana rəhbərlik edən hərbçiləri aşkar edərək, ordudan uzaqlaşdırıb.

Qəzet yazır ki, üsyançılar çox güman ki, ya təcridxanalara göndəriləcəklər ya da zorakılığa və dəhşətli işgəncələrə məruz qalacaqlar.

Həmçinin qeyd olunur ki, Xersondakı 127-ci alay əmrə tabe olmayan quruplardan sadəcə biridir. İnidyə qədər bir neçə rus birləşməsinin işgəncə düşərgəsinə düşmək və edam edilmək bahasına, verilən əmrə tabe olmadığı, döyüş meydanını tərk etdiyi bildirilir.

 

/AzPolitika.info/