Bu yeni tətbiqlə övladımızın təhsil keyfiyyətinə nəzarət edəcəyik-FOTOLAR

Region gəncləri övladımızın təhsil keyfiyyətinə nəzarət edən “TutorLab” mobil tətbiqi hazırlayıblar. Region startapı olaraq təqdim edilən yeni tətbiq qısa zamanda bir çox uğurlara imza atıb.

Layihənin həmtəsisçisi, Azad Manaflının sözlərinə görə TutorLab mobil tətbiqi müəllim və valideynlər arasında elektron körpü rolunu oynayır. Yeni kurikulum sisteminə uyğun olaraq müəllim dərs dediyi şagird barədə mütəmadi olaraq valideynə övladının günlük dəvamiyyəti, dərs qiymətləndirilməsi və şagirdin günlük dərs performansına uyğun olaraq şəhrlər qeyd edir. Bütün bunlar anlıq olaraq valideynə proqram vasitəsi ilə bildiriş (natification) göndərilir. Valideyndə həmçinin günün istənilən saatında övladının tədris prosesini izləyə, analiz edə və həftəlik, aylıq, illik olaraq övladının dərs performansını data olaraq əldə bilir. Davamiyyət və qiymətləndirilmənin sayəsində isə şagirdin 100% üzərindən performans göstəricisi yaranır və faiz göstəricisinə görə ardıcıllıq formalaşır ki, buda qrupda olan uşaqlar arasında sağlam rəqabəti formalaşdıracaqdır.

TutorLab proqramı sayəsində övladınızın təhsilinə daha rahat şəraitdə nəzarət edə biləcəksiniz. Bu nəzarətin sayəsində övladınızın qəbul imtahanında hansı balı toplayacağını öncədən təxmin belə edəcəksiniz. Həmçinin valideyn övladının təhsili üçün xərclədiyi müəyyən məbləği boşuna sərf olunmadığına əmin olacaqdır.

Müəllimlər üçün isə ən əsas kağız daşıyıcılara, valideyn ilə əlavə telefon danışıqlarına və digər proseslərə sərf etdikləri zamana qənaət edəcəklər. Belə ki, bir qrup üçün davamiyyət və qiymətləndirilmənin aparılması cəmi iki dəqiqə vaxt aparır ki, buda valideynə həmin anda bildiriş olacaq göndərilir. Lazım olduqda isə uşaqla bağlı hər hansı rəylər də yazıla bilər.

Gələcəkdə isə müəllim və valideynlər  ilə bağlı xüsusi layihələrin icra edilməsi nəzərdə tutulmuşdur. İlkin mərhələdə innovativ müəllimlər arasında kiçik viktorinaların, intellektual oyunların, pedoqoji inkişafla bağlı bir necə günlük müəllim düşərgələrin təşkili və gələcəkdə təhsilə innovativ yanaşma ilə bağlı layihələrin dəstəklənməsi proqramlarının keçirilməsi planlaşdırılmışdır.

Qeyd edək ki, 24 avqust tarixində Elm və Təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaşların qəbulu zamanı TutorLab mobil proqramının yaradıcılarını qəbul edib. Bu möbil proqram təhsilimizdə yeni innovativ yanaşma olduğunu qeyd edən nazir yeni tədris ilindən pilot layihə olaraq tətbiq edilməsinə dair tövsiyə və tapşırıqlarını verib. Sonda isə bu tip layihələrin təhsilimizin inkişafında mühüm layihə olacağını bildirib.

Proqram barədə ətraflı məlumatı TutorLab-ın rəsmi saytından(www.tutorlab.az) və sosial şəbəkələrindən (www.facebook.com/tutorlab.az, www.instagram.com/tutorlab.az)əldə edə bilərsiniz.

TutorLab proqramını yükləmək üçün link: https://qrco.de/bcrCUJ

   

Kanal32.az