Laçında Rusiya sülhməramlılarının postları sökülür-FOTO

Laçın dəhlizində Rusiya “sülhməramlı”larının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin – Azərbaycanın nəzarətinə keçəcək.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.