Qaraçay-Çərkəz Respublikasındakı soydaşlarımızın Ordumuza sovqatı-FOTOLAR

Qaraçay-Çərkəz Respublikasında yaşayan soydaşlarımız Milli Ordumuzun əsgərlərinə öz dəstəklərini nümayiş etdiriblər.

Kanal32.az xəbər verir ki, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun rəhbəri -“Odlar Yurdu” cəmiyyətinin sədri əslən Kəlbəcər rayonundan olan İlham Əhmədovun, sədr müavini Haqverdi Məmmədovun  təşəbbüsü ilə orada yaşayan soydaşlarımız və diaspor üzvləri döyüş bölgəsində xidmət edən əsgərlərimizə dəstək kampaniyası həyata keçiriblər. Belə ki, onlar topladıqaları vəsaiti Azərbaycana göndərməklə, hər zaman maddi və mənəvi baxımdan Şanlı Azərbaycan Ordusunun yanında olduqlarını nümayiş etdiriblər.

Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun rəhbəri İlham Əhmədov Kanal32.az-a açıqlamasında deyib: “Biz Azərbaycan Ordusunun ən yüksək səviyyədə maddi və texniki təminata malik olduğunu bilirik. Onların bizim maddi dəstəyimizə ehtiyacları da yoxdur. Ancaq bizi xaricdə yaşayan azərbaycanlılar olaraq bu addımı atmaqla mənəvi baxımdan onların yanında olduğumuzu, qəlbizimin, ruhumuzun Ana Vətənlə çırpındığını göstərmək istəyirik. Bir nəfər kimi hamımız inanırıq ki, çox yaxın günlərdə işğal altındakı torpaqlarımız mənfur ermənilərdən azad olunacaq və ərazi bötövlüyümüz tam təmin ediləcək”.

Qeyd edək ki,kampaniya çərçivəsində 100 əsgər üçün ayrıca bağlamlar hazırlanıb. Hər bir bağlamaya 19 adda geyim və ilkin tibbi yardım üçün ləvazimatlarından ibarət olub. Bağlamalara qış corabları, isti tuman-köynək, papaq, əlcək, alt geyimi, siqaret, alışqan, bint, “zelyonka”, yod, birdəfəlik üzqırxan, sabun, yara bandı, əl kremi, şaxta əleyhinə krem, qulaq çöpləri, üç adda dərman pereparatı yerləşdirilib.

         

Onu da qeyd edək ki,təşkilatçılıq və sovqatların əsgərlərimizə çatdırılması işi “Kanal32”-nin əməkdaşları tərəfindən həyata keçirilib. Hazırlanmış sovqatlar Murovdağ istiqamətində döyüşən və xidmət edən əsgərlərimiz üçün nəzərdə tutulub. “Kanal32”-nin komandası soydaşlarımızın ərmağanını rəsmi qaydada “N” saylı Hərbi hissəyə təhvil veriblər.

 

100 əsgər üçün hazırlanmış bağlamalardan əlavə olaraq xeyli sayda qalın ədyal, yorğanlar, qış corabları, alışqanlar, şaxta əleyhinə kremlər və digər vasitələr də əsgərlərə təqdim olunub.

 

Sovqatları qəbul edən əsgərlərimiz bildiriblər ki,Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən mücadiləsi aparan Silahlı Qüvvələrimizin və Xalqımızın əsl igidlik salnaməsi  yazması, görünməmiş birlik və həmrəylik nümayiş etdirməsi xaricdə yaşayan soydaşlarımızında bizim yanımızda olması möhtəşəm hissdir. BİZ BİRLİKDƏ GÜCLÜYÜK!  QARABAĞ AZƏRBAYCANDIR!

Kanal32.az