Bağçalara qəbulla bağlı rəqəmlər açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən xəbər verilib.

Rəsmi məlumata görə, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci ildən start verilib.

İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.