Müstəqillik Günü münasibətilə Qətərin paytaxtı Doha şəhərindəki “JW Marriott Marquis” rəsmi qəbul

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Qətərin paytaxtı Doha şəhərindəki “JW Marriott Marquis” mehmanxanasında rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə, Qətərin dövlət qurumlarını təmsil edən bir sıra rəhbər şəxslər, o cümlədən Dövlət naziri və Qətər Milli Ktabxanasının Prezidenti D-r Hamad Bin Abdulaziz Əl-Kuvari, Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi İbrahim Faxro, və yerli ictimaiyyətin bir sıra nümayəndələri, iş adamları, nüfuzlu KİV-lərin təmsilçiləri, o cümlədən ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və diplomatları, Qətərdə yaşayan azərbaycanlılar iştirak etmişlər. Tədbirdə Qətər Dövləti adından əsas qonaq kimi ticarət və sənaye naziri Şeyx Mohammad bin Hamad bin Qasem Əl Abdullah Al Tani iştirak etmişdir. Tədbir hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Rəşad ismayılov çıxış etmişdir. O, Şərqdə ilk dəfə demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, həmçinin yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən danışmışdır. Səfir, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin suverenliyinin qətiyyətlə qorunub möhkəmləndirildiyini, onun əzmkar səyləri ilə Azərbaycanın davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu bildirmişdir. R.İsmayılov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının daxili və xarici siyasətində əldə etdiyi möhtəşəm uğurlardan danışmış, ölkəmizin bütün istiqamətlər üzrə sürətlə tərəqqi etdiyini qeyd etmişdir. Səfir, 2020-ci ildə ölkəmizin tarixində çox mühüm il olduğunu, 2020-ci ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad etdiyini bildirmişdir. Səfir, həmçinin Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli”nin elan edildiyini və bununla əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirilməkdə olduğunu diqqətə çatdırmışdır. Səfir, eyni zamanda Azərbaycan-Qətər münasibətlərindən danışaraq, hər iki ölkə liderləri arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin həyata keçirildiyini, iqtisadi, ticatər, mədəniyyət və turizm əlaqələrinin getdikcə inkişaf etdiyini bildirmişdir.