Yevlax şəhər şəhid Əsgər Həsənov adına Malbinəsi kənd Uşaq musiqi məktəbində “Haqqın Zəfəri” adlı tədbir keçirilib.
Kanal32.az-ın məlumatına görə,tədbirdə iştirak edən Bərdə Regional Mədəniyyət İdarənin rəisi Vəsilə Möhsümova şəhid Əsgər Həsənovun adını daşıyan bulaq kompleksinin önünü ziyarət edib və gül dəstələri düzüb. Tədbir torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarənin rəisi ,Yevlax Mədəniyyət şöbəsinin rəhbərliyi, Şəhid Əsgər Həsənovn ailə üzvləri,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, El televiziyasının aparıcı-redaktoru İnqilab Şirinbəyli,media nümayəndələri və mədəniyyət işçiləri iştirak edib.
Çıxışlar zamanı vurğulayıb ki, hazırda Azərbaycan xalqı, dünya azərbaycanlıları, Azərbaycanın dostları böyük Zəfər sevincini yaşayırlar, bildiyimiz kimi, heç bir Zəfər qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Zaman keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Anım Gününün, eləcə də Zəfər Gününün təsis edilməsi şəhidlərimizin ruhunun yaşadılması deməkdir.
Mərasimdə uşaqların ifasında vətənpərvərlik ruhunda mahnılar və şeirlər səsləndirlib. Xalq müsiqiləri və muğamlar ifa olunub.Malbinəsi kənd Uşaq musiqi məktəbinin kollektivi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya isə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Kanal32.az