Daha 131 azərbaycanlı Rusiyadan vətənə qayıtdı

81

“Bu gün daha 131 azərbaycanlının Rusiyadan vətənə qayıtması təmin olunub”.

Kanal32.az xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib

“Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-sına ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə Elnur Hüseynov bildirib.

O, nəzərə çatdırıb ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.