Nazir Bərdə Regional Mədəniyyət İdarəsinin rəisini işdən çıxardı-Yerinə isə…-FOTO

Mədəniyyət naziri Anar Kərimov kadr islahatları aparıb.

Kanal32.az xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev vəzifəsindən azad olunub. Nazirin əmri ilə fəlsəfə elmləri doktoru Vəsilə Əfqan qızı Möhsümova Bərdə regional mədəniyyət idarəsinə rəis təyin edilib.

Vəsilə Möhsümova bundan öncə Ağdam rayon icra hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, Bərdə regional idarəsi Bərdə, Tərtər, Yevlax, Mingəçevir bölgələrini əhatə edəcək.