Mingəçevir Polis şöbəsi işgəncə iddialarını rədd edir-AÇIQLAMA

121

Daxili İşlər Nazirliyi Mingəçevirdə polis zabitinin vətəndaşa işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Kanal32.az xəbər verir ki,məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Mirzə Mirzəyev mayın 17-də Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 ədəd kağız bükümdə ümumi çəkisi 1, 078 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. M.Mirzəyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılmışdır. Polis Şöbəsində guya onun döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər isə həqiqəti əks etdirmir və böhtan xarakterlidir. Qeyd edim ki, M.Mirzəyev əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, 2016-cı ilə Mingəçevir Şəhər, 2017-ci ildə Qaradağ Rayon Məhlkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin ayı-ayrı maddələri təqsirli bilinərək məhkum olunmuş, ancaq o, islah olunmayaraq yenidən cinayət əməllərini davam etdirib”.

Kanal32.az