V Qurultayın əvvəlkilərdən əsas fərqi onun məhz Şuşada keçirilməsi oldu

İlk dəfədir Şuşaya gəlirəm. Ümumiyyətlə, Vətən müharibəsindən sonra ölkəmizə ilk gəlişimdir. Şuşaya gəlmək ən böyük arzum idi. Belə bir mötəbər qurultayda iştirak etmək olduqca qürurvericidir. Dünya Azərbaycanlılarının V Qurultayının əvvəlkilərdən fərqi də məhz onun Şuşada keçirilməsi oldu. Həm məkan, həm təəssürat  nöqteyi-nəzərdən çox qürurverici hadisədir

Bu fikirləri Fransada fəaliyyət göstərən “Alim” elmi assosiasiyasının rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Günel Səfərova bildirib.

O qeyd edib ki, bu qurultayın Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun böyük əzmkarlıqla azad etdiyi Türk Dünyasının Mədəniyyət paytaxtı seçilmiş  Qarabağın incisi Şuşa şəhərində keçirilməsi bizə hədsiz sevinc bəxş etdi.  Bu həm də, dünyada 60 milyona yaxın azərbaycanlının birgə sevincidir. Bu tarixi Zəfər hər bir azərbaycanlının qələbəsidir. Şuşanın yenidən öz doğma sahibinə qovuşmasında rəşadət göstərən hər bir qəhrəmanımız bizim üçün əzizdir.

Qurultayda Cənab Prezident olduqca təsirli çıxış etdi. Biz bundan sonra gələcək işlərimizdə onun tövsiyyələrini mütləq surətdə nəzərə alacağıq.

Azərbaycan həqiqətlərinin, Azərbaycanın gördüyü mütərəqqi işlər, aparılan uğurlu siyasət barədə bundan sonra da yorulmadan yaşadığımız ölkənin ictimaiyyəti arasında təbliğatımızı davam etdirəcəyik.

newsmedia.az

Leave a comment