Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi cəmiyyətə örnək olan Şəhid və qazi analarına mənəvi dəstəyimizi davam etdirək” layihəsini həyata keçirir.
Azərbaycan Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ruhiyyə Məmmədova “Kanal32” açıqlamasında bildirib ki, layihə çərçivəsində 5-15 aprel 2022-ci il tarixində Gəncə şəhərinə səfərlərimiz oldu. Bu səfərlərdə əsas məqsəd Gəncədə Şəhid anaları ilə təmasları genişləndirərək, onlara sosial-psixoloji dəstək göstərmək idi. Biz layihə çərçivəsində bu işləri uğurla yerinə yetirdik. Bu müddət ərzində 15 şəhid ailəsi görüşdük. Şəhidlərimizin anaları, həyat yoldaşları ilə görüşlərimiz zamanı həmin insanlara psixoloji dəstək olduq. Psixoloq Vəfa Abbasovanın iştirakı ilə gerçəkləşən bu təmaslar zamanı biz hiss edirdik ki, övlad və yaxud həyat yoldaşını itirən insanlarda xeyli gərginliklər var. Belə psixoloji dəstək mənim qənaətimcə, çox effektli oldu. Biz Şəhid anaları ilə görüşlərimiz zamanı bir vacib məqamı da hiss etdik ki, həmin insanlar üçün Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, qəhrəman oğullarımızın cəmiyyətə tanıdılması çox zəruri məlhəmdir.
QHT sədri daha sonra bildirib ki, bizə layihə çərçivəsində, belə görüşlərin effektli alınmasında dəstək olan hər kəsə, o cümlədən Gəncəyə gəlib bizim tədbirimizə qatılan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nigar xanım Ağakişiyevaya, həmçinin Şəhid ailələrinə, ümumilikdə Gəncə ictimaiyyətinə öz dərin təşəkkürümüzü çatdırırıq.
Kanal32.az