Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə haqqında ərəb KİV-də xəbərlər yayımlanıb

Misirin “Əl Diplomasi” və “Nile1”, həmçinin Əlcəzairin “Əl Hərir” portallarında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirə haqqında AZƏRTAC-ın ərəb və ingilis dillərində xəbərləri yayımlanıb.

Materiallarda dövlətimizin başçısının Azərbaycanın regiondakı rolu, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr, ölkəmizin dünyada artan nüfuzu, beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Vətən müharibəsindən sonra regionda yaranmış reallıqları qəbul etməsi barədə fikirləri yer alıb.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Qarabağ və Zəngəzurun nümunəvi bölgə olacağı və bu ərazilərdə insanlarımız üçün ən yüksək şəraitin yaradılacağını, bu il Zəngilan aeroportunun istifadəyə veriləcəyini də bildirib.