2016-cı il Aprel döyüşlərinin qəhrəmanlarından biri erməni hərbçilərini lərzəyə gətirən, düşmən əsgərlərinin yuxularının ərşə çəkilməsinə səbəb olan gizir Pəncəli Teymurovdur.
Qəhrəmanımız 1981-ci ildə Astaranın Əzərud kəndində doğulub. Hərbi xidmətdə olan zaman Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna yazılaraq, Bakıda gizir məktəbini bitirib. Daha sonra isə Türkiyənin Xüsusi Kəşfiyyat məktəblərində təlim keçib.
Vətənə canı, qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda şəhid olmaq arzusundan danışıb.
O, Aprel döyüşlərinin ilk günündə döyüş yoldaşları ilə birgə ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Komandiri ilə birgə şəhadətə ucalan Pəncəlinin nəşi aprelin 10-da doğulduğu kəndə gətirilib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Kanal32.az