Macar Baş nazirdən ŞOK AÇIQLAMA:”Avropada…”

71

“Avropada bəzi qüvvələr “Avropa Birləşmiş Dövlətləri”ni qurmaq istəyirlər, amma biz, bura daxil olmaq istəmirik”.

Kanal32.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Macarıstan bu plana daxil olmaq istəmədiyi üçün Avropada sərt tənqidlərə məruz qalır:

“Biz, bu imperiyanın bir parçası olmaq istəmirik və olmayacağıq. Avropada milli dövlətlərin yerinə imperiya düzəni, “Avropa Birləşmiş Dövlətləri”ni qurmaq istəyirlər. Biz, Macarıstanın Macarıstan olaraq qalmasını istəyirik”.

Orban imperiya tərəfdarı olan dövlətlərin Macarıstanı zəiflətməyə çalışdığını da əlavə edib.