Xalq artisti, EL Tv-nin sabiq əməkdaşı vəfat edib-FOTO

Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasov dünyasını dəyişib.

Kanal32.az xəbər verir ki, Xalq artisti uzun sürən xəstəlik səbəbindən 82 yaşında vəfat edib.

Qeyd edək ki, Z.Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.

Həmçinin, Xalq artsiti bir müddət Yevlaxda yerləşən EL televizyasında çalışıb və “Fatehlər” verlişinin aparcısı olub.

Kanal32.az