Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsinə AYB-nin üzvü, “Ömür axarı”, “Vətənsevər” və s. kitabların müəllifi, Mərkəzi Kitabxananın Fəxri oxucusu Bədirə Rza Həsənqızı yeni kitabını təqdim edib.
Müəllifin “Nəfəsimiz Vətəndir” adlı kitabı Vətən müharibəsində şəhadətə ucalan Neftçala rayon şəhidlərinin xatirəsinə ithaf edilib. Şəhidlərimizin həyatından, döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edən bu kitabda Zəfər yolunun mübariz oğulları haqqında xatirələr də yer alıb. Oxucu Şəhidlərimizin həyatını, ömür səhifələrini vərəqlədikcə tariximizə daha da yaxınlaşmış olur.
Kitab 2022-ci ildə “Mücrü” nəşriyyatı tərəfindən nəşr olunub. Kitaba ön sözü AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Ələkbər oğlu Talıblı yazıb.
az-baku-art.com