Azərbaycanın Serbiyadakı səfirliyindən humanist addım

90

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun təşəbbüsü ilə səfirliyin əməkdaşları Belqrad yaxınlığında yerləşən Savski Venas icmasındakı 20 ailəyə humanitar yardım edib.

Kanal32.az  xəbər verir ki, yardım qutularındakı ərzaq və digər gündəlik tələbat məhsulları maddi durumu aşağı olan ailələrə səfirliyin əməkdaşları və icma rəhbərliyi tərəfindən paylanıb.

Yardım aksiyasında iştirak edən Savski Venas icmasının rəhbəri Milaş Vidoviç yardıma görə dost Azərbaycana dövlətinə və səfir Eldar Həsənova dərin təşəkkürünü bildirib.Göstərilən bu dəstəyi yüksək humanist addım kimi qiymətləndirib.

Kanal32.az