General döyüş mövqelərindəki sərhədçilərlə görüşüb-FOTOLAR

102

2020-ci ilin 7-9 aprel tarixlərində Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd divi­ziyasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

Kanal32.az xəbər verir ki,DSX-nin Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelə­rində xidmət­də olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçi­rilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mü­ha­fizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması üzrə görülən təd­birlər nə­zərdən keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­­lü­kə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər veril­ib.