Bu möhtəşəm qida qarışğına DİQQƏT EDİN

135

Pəhriz menyularında olduqca məşhur qarışıq olan cəfəri detoksu karantində olduğunuz bu günlərdə ideal bədən quruluşuna nail olmaq üçün inanılmaz dərəcədə yardımçı olacaq.

Kanal32.az“publika”ya istinadla ideal bədən formasına qovuşmaq istəyənlər üçün bəzi incə detalları təqdim edir.

Tərəziyə çıxarkən və ya güzgüyə baxanda bədən formanızdan məmnun qalmırsınızsa, bunu təbii yollarla, ev şəraitində düzəltməyin üsulları var. Bunun üçün sizdən tələb olunan səbr və nizamdır. Gündəlik həyat tərzinizə sağlam qidalanma və hərəkət qatsanız, təbii yolla və aclıq hiss etmədən istədiyiniz çəkiyə düşə bilərsiniz. Bunun üçün şok pəhrizlərə girməyə ehtiyac yoxdur.

Pəhriz və qidalanma mütəxəssislərinin israrla tövsiyə etdiyi cəfəri suyu və qatıq ən asan, effektiv yolla sizi arıqladacaq.

Cəfərinin faydaları

Yeməklərə fərqli qoxu qatmaq üçün istifadə olunan cəfəri həm də artıq çəkidən qurtulmaq vasitəçisi kimi məşhurdur. Kalorisi olmayan bu bitkiyə bəzi yağyandıran qidalar qatsanız, 1 həftədə əziyyətsiz 2 kilo verməyiniz mümkündür. Limon suyu ilə qarışdırıb içdikdə effektivliyi daha da artır. Cəfəri detokslarının 15 gün ərzində davam etdirilməsi məsləhət görülür. 2 ay ərzində nizamlı və fasiləli şəkildə tətbiq edilsə, qalıcı olaraq 8 kilo verməyiniz isə xəyal deyil!

Cəfəri orqanizmdə nələr edir?

– Ödemi bədəndən atır, yaşıl çayla birlikdə istifadə edildikdə piyləri parçalayır.

– Həzm sistemini yaxşılaşdırır. Səhər qəbul edilərsə, mədə turşuluğunu balanslaşdırır.

– Cildə detoks effekti verir, parlaq və sağlam görünüş qazandırır.

– Toxluq hissi verir və yeməklərdən uzaq qalmanızı təmin edir.

– Menstruasiya dövrünün ağrılarını azaldır.

– Böyrək və ürək xəstəliklərində müalicəvidir.

– Sidik yolu infeksiyalarının qarşısını alır.

– Qan dövranını sürətləndirir və saç köklərinin möhkəmlənməsini təmin edir.

– Metabolizmi sürətləndirir.

Cəfəri detoksu necə hazırlanır?

– 1 dəstə cəfəri

– Yarım limon

– Yarım stəkan təmiz su

Məhsulları blenderdə qarışdırın. Maye halına gələnə qədər prosesi davam etdirin. 15 gün səhər yeməyindən 30 dəqiqə əvvəl 1 stəkan için. Həmin müddət bitəndən sonra 1 həftə fasilə verin. Detoksu tətbiq etdiyiniz günlər bol su içməyi unutmayın.