Mingəçevirdə dezinfeksiya işləri necə aparılır?-FOTOLAR

94

Məlum olduğu kimi “COVİD-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkə ərazisində aprelin 20-dək karantin rejimi tətbiq edilib.

Respublika ərazisində həyata keçirilən sosial izoliyasıya tədbirləri ilə əlaqədar Mingəçevirdə də bir sıra tədbirlər görülür.

Mingəçevir şəhər İcra Hakimiyyətindən Kanal32.az-a verilən məlumata görə, aparatın əməkdaşları şəhərdə maarifləndirmə işləri aparır, insanlara evdə qalmalarının vacibliyi izah edilir.

Həmçinin,şəhərin müvafiq qurumlarının əməkdaşları küçə və məhəllələrinin, parkların, yaşayış binalarının qarşısının və blokların dezinfeksiya olunmasına nəzarət edirlər.

Şəhər Polis Şöbəsinin əməkdaşları vəziyyətə tam nəzarət edir, eyni zamanda məlum vəziyyətlə bağlı səsgücləndiricilər vasitəsi ilə əhalini maarifləndirirlər. Polis əməkdaşları küçələrdə gəzən şəxslərin karantin qaydalarına əməl etmələrini aydınlaşdırmaq məqsədilə onların sənədlərini yoxlayır, lazımi tövsiyyələrini verirlər.

Onu da qeyd edək ki,şəhərdəki bütün park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb.

Kanal32.az