Daha bir QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

127

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.

Bu barədə QHT.az-a təşkilatın sədri Könül Quliyeva bildirib.
Təşkilat rəhbəri bildirib ki,   eyni zamanda  Şura sədri Azay Quliyevin çağırışına qoşularaq, 2020-ci il qrant müsabiqəsində qalib gələn layihəmizi də  koronavirusla mübarizə istiqamətinə dəyişdirməyi qərara almışıq.