Kürdəmirli iş adamından 10 min qab tibbi spirt yardımı-VİDEO+FOTO

158

İş adamı Zöhrab Qəribovun rəhbərlik etdiyi “Qelios” MMC-nin Kürdəmir spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər birinin tutumu 500 milliqram olan 10 min qab spirt ianə edib.

Kanal32.az  xəbər verir ki,şirkətin rəsmisi Mətləb Kərimov  mətbuata açqılamasında bildirib ki, zavod rəhbərliyi tərəfindən, habelə rayon mərkəzi xəstəxanasına da eyni tutumlu 500 ədəd tibbi spirt bağışlanıb.Dövlət başçsının çağırışına dəstək olaraq hazırda fonda 100 qramlıq daha 10 min ədəd sprey spirtin verilməsi üçün hazırlıq işləri aparılır.

Bundan başqa, Zöhrab və Rəşad Qəribov qardaşları daha bir nəcib atacaqlar.Belə ki,onlar Kürdəmirdə qeydiyyatda olan 20 min evin hər birinə 500 milliqramlıq qablarda spirt paylanılmasını da təmin edəcəklər.

Onu da xatırladaq ki,Rəşad Qərobov bu il fevralın 9-da keçirilən növbədənkənar parlamanet seçkilərində 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizəd olub.

Qeyd edək ki, aylıq istehsal gücü 500 ton olan zavodda 100, 500 qramlıq, 1 və 20 litrlik tibbi spirt istehsal olunur.

P.S.Maraqlıdır,Zakir Qaralovun “xeyir-duası” ilə bu ilin fevralında  böyük biabırçılıqla Kürdəmirin depuatı olan Əminə Ağazadə haradadır? Onun bu ağır günlərdə seçicilərinin durumundan xəbəri varmı? Yoxsa,hələ də deputat mandatı almağının eyforiyasından çıxa bilməyib?

Kanal32.az