Can Azərbaycan və Türkiyə erməni lobbisinin məkrli planlarına qarşı öz maraqlarını üstün tutmalı və qorumalıdır
ABŞ-ın Kaliforniya ştatında güclü və böyük erməni diasporu fəaliyyət göstərir bunu hamı yaxşı bilir.
Kaliforniyada ilk erməni icması hələ 1890-ci ildən fəaliyyət göstərməyə başlayır və bu icmanın səyi ilə 1890–1900-cü illər arasında 10 minə yaxın erməni ABŞ-a köçür.
Bu yaxınlarda bununla bağlı qərar verilib. ABŞ-ın Kaliforniya ştatı Ermənistanın Sünik vilayəti barədə şübhəli qətnamə qəbul etdi.
Ştatın senatı fevralın 10-da Süniklə Zəngəzurla əməkdaşlıq münasibətlərinin qurulması barədə qətnamə qəbul edib.
Əlbəttə bu qətnamənin səbəbi motivləri Sünikin sosial, mədəni və iqtisadi inkişafına dəstək, Süniki Türkiyə – Azərbaycan təcavüzündən qorumaq məqsədi daşıyır. Türkiyə və bəzi Avropa ölkələri və ABŞ strateji planda Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və məhz bu dəhliz bu ölkələr üçün çox önəmli olan Orta Asiya dövlətlərinin Avropa ilə ən qısa bağlantısını təmin edəcək.
Bu erməni diasporu və lobbisinin fəaliyyəti nəinki ABŞ-ın Cənubi Qafqaz maraqlarını heçə endirir, ümumilikdə ABŞ xarici siyasətinə zərər vurur. Əlbəttə burada əsas məqsəd erməni lobbisinin can ata vətən Azərbaycana zərbə vurmaq, ziyan yetirmək kimi səylərinə qarşı çıxmaq, ölkə həqiqətlərini ABŞ ictimaiyyətinə dolğun şəkildə çatdırmaqdır .
Ona görə də biz hər yerdə belə hərəkətlərə cavab verməliyik erməni diasporu lobbisinə. Bütün media kanallarında və sosial şəbəkələrdə Ermənistan hakimiyyətinin və lobbisinin bu cür hərəkətlərin həqiqətə uyğun olmadığına dair əsl simasını və yalan iddialarını göstərmək bizim borcumuzdur. Burada əsas işlər münaqişəyə dair can ata vətən Azərbaycanın haqq səsini çatdıran, ölkənin tolerantlıq ənənələrini göstərən, iqtisadi inkişafını göstərən məqalələrin işıq üzü görməsidir.
Erməni diasporunun bütün yalanlarına heç kim inanmır, qərb cəmiyyətinə həqiqəti yazmaq, həqiqəti göstərib izah etmək, heç bir təsiri olmayacaq erməni diasporu/lobbisinin. Bu vasitə ilə can ata vətən Azərbaycan türklərinin nə qədər zəngin olmasını göstərmiş olarıq. Əlbəttə son illər bu sahədə bir sıra nailiyyətlər əldə olunub.
Artıq ABŞ-ın 15 ştatında Xocalı soyqırımının tanındığını xatırlatmak lazımdır ki, bunlar yalnız son 5-6 il ərzində qəbul edilən qətnamələrdir.
Əvvəl bu yalanlar ayaq tutub yeriyirdi, amma artıq həmin yalanlar dayanıb. Can ata vətən Azərbaycan həqiqətləri Avropa Birliyi və ABŞ-ın federal siyasətçilər tərəfindən daha yaxşı dərk olunur.
Dünyadakı Erməni diaspora fəaliyyəti Cənubi Qafqazda regionda siyasi sabitliyə və təhlükəsizliyə təhlükə yaradır, ABŞ və Avropa Birliyi üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir, regionda ABŞ-ın əsas strateji tərəfdaşı Can ata vətən Azərbaycana və Ana vətən Türkiyəyə qarşı fəaliyyət göstərir.
Erməni diasporu/lobbisinin Avropa Birliyi və ABŞ-da davam etdirmək istəyəcəyi anti-Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətləri, bundan sonra Avropa Birliyi, ABŞ və Ermənistanın Can ata vətən Azərbaycan və Ana vətən Türkiyəyə qarşı necə ardı-arası kəsiləcəyi nə dərəcədə təsirli ola bilər xəttindən asılıdır. Buna qarşı biz öz maraqlarımızı hər zaman üstün tutmalı və onları qorumalıyıq.
Dünyadakı Azərbaycan türkləri diasporu erməni yalanlarını ifşa aşkar etmək ən başlıca vəzifə isə yenə də Azərbaycan həqiqətləri, Qarabağ Azerbaycandır mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, bu məsələ ətrafında informasiya, təbliğat işini genişləndirməkdir. Mübaliğəsiz demək olar ki, Dünya azərbaycanlılarının vəzifələrin müəyyənləşdirilməsi üçün çox böyük tarixi, siyasi əhəmiyyətə malik edir.
Dr.Muxtar Fatih BEYDİLİ
Türkmən Həkimlər Dərnəyinin sədri