Gənclər günü münasibəti ilə rəsm sərgisi keçirilib

Sağlamlığın qorunması İB-nin rəhbəri, t.ü.f.d Yazgül Abdıyevanın təşkilatçılığı ilə gənclər günü münasibəti ilə rəsm sərgisi keçirilib. Xətai Sənət Mərkəzində baş tutan sərgidə gənc rəssamların əsərləri nümayiş olunub.Tədbirə RHİMB -in sədri Arzu Bagırova, tanınmış ziyalılar,ictimai xadimlər və media mənsubları da qatılıb,gənc rəssamlara ugurlar arzulayıblar.
 Sərginin məqsədi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, onlara dəstək və tədbirlərdə təqdim olunma bacarıqlarını aşılamaqdır.Sonda tədbir iştirakçıları diplomla  mükafatlandırılıb.Saglamlıga gedən yol, həm də geniş təfəkkürə malik dünyagörüşdən,bacarıqdan,fəallıqdan keçir.Bu yolda daim maarifləndirici yazılarla,tədbirlərlə, insanlara dəstək olmaga çalışan birliyin rəhbəri Yazgül xanıma təşəkkür edirik.Gənc rəssamlara isə ugurlar!
ideologiya.az