Əlcəzair portalında Şuşaya həsr olunmuş məqalə verilib

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Şuşa. Azərbaycanın mədəniyyət incisi” sərlövhəli məqaləsi verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə cari ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən bəhs olunub. Müəllif Azərbaycanın bu qədim şəhərinin tarixi barədə ətraflı məlumat verib, Şuşanın Cənubi Qafqazın mədəni həyatında mühüm roluna toxunub. O əlavə edib ki, 1992-ci ildə erməni ordusu tərəfindən işğal edilən bu şəhər Azərbaycanın şanlı Ordusu tərəfindən azad edilib və hazırda tarixi-mədəniyyət abidələrinin, məscidlərin və İslam irsinin bərpası istiqamətində işlər davam etdirilir.

R.Bağırov vurğulayıb ki, Şuşanın ötən ərsin 70-ci illərində sürətli inkişafı dahi siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azadlığına qovuşan və 270 yaşı olan bu mədəniyyət paytaxtı yenidən Qafqazın incisinə çevrilir.