Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən “Tariximizi birgə yaşadaq” şüarı ilə keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışına yekun vurulub.
Kanal32.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda 70-ə yaxın idmançı iştirak edib.
“Gənclər kuboku”nda idmançılar müxtəlif 3 yaş kateqoriyasında 200 və 500 metr məsafəyə yarışlarda güclərini sınayıblar.
Yarışın mükafatçılarına medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
Yarışı gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva,Milli Məclisin deputatı Elnur Allahverdiyev, Avarçəkmə Federasiyanın prezidenti Vüqar Əhmədov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da izləyiblər.
Yarışın keçirilməsində əsas məqsəd bu idman növlərinin keçmiş ənənələrinin bərpası və daha da inkişaf etdirilməsi, kütləviliyin təmin olunması, peşəkar komandanın formalaşdırılmasıdır.