Milli Məclisin üzvü İlham Məmmədov Fransa prezidentliyinə namizəd, İl de Frans Region Şurasının sədri Valeri Pekresin Xankəndiyə qanunsuz səfərinə çox sərt şəkildə münasibət bildirib.
Millət vəkili Kanal32.az-a müsahibəsində bildirib ki, Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndiyə məlum qanunsuz səfəri heç də onun Qarabağ probleminə və onun həllinə həssas münasibətindən irəli gəlmir.Onun dərdi Qarabağ deyil. Valeri Pekresin əslində bir məqsədi var. O da ölkəsindəki seçkilər öncəsi geniş imkanlara malik mənfur erməni diasporunun dəstəyini almaqdır. Əslində bu addım demokratiyadan, insan haqlarından dəm vuran bir ölkənin təmsilçisinin qatı millətçi mövqedən çıxış etməsi və separatizmə, terrora dəstək verməsidir. Valeri Pekres və onun kimilərin 30 ilə yaxın Azərbaycanın beynəlxalaq hüquqla tanınan ərazilərinin işğalına göz yumması, orada on minlərlə azərbaycanlının qətlinə susması elə bəşəri dəyərlərlə, insan haqlarına hayqırdır, Perkersin siyasi əxlaqsızlığının əyani göstəricisidir. Bir sözlə,bu şəxs erməni diasporunun əl oyuncağıdır.
Deputat onu da vurğulayıb ki, Valeri Pekres kimi mənfurların Qarabağa-Xankəndiyə qanunsuz səfəri Azərbaycanın qələbəsinə və beynəlxalq hüquqa kölgə sala bilməz. Çünki cənab Prezident İlham Əliyevin dünyanın mötəbər tribunalarındakı qətiyyətli və haqlı mövqeyi artıq dünya liderləri və dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Azərbaycan dövlətinin bundan sonrakı bütün addımları beynəlxalq hüquqa və ölkəmizin mövcud qanunvericiliyinə əsaslanmaqla problemin tam cözülməsinə, regionda sülhün və əminamanlığın bərqərar olmasına hesablanıb. Həm ermənilər, həm də ermənilərə yandaşlıq edənlərin hamısı anlamalıdırlar və qəbul etməlidirlər ki,Xankəndi Azərbaycan ərazisidir.
Bünyad Şirinli
Kanal32.az