Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kanal32.az-ın əldə etdiyi məlumata görə,Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin  baş mühasibi Sirac Kərimov Oğuz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli orqanlarla iş şöbəsinin müdiri Səyyaf Abbasovun doğma qardaşı oğludur.