“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi ərəb mətbuatının diqqət mərkəzində olub

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilmiş təməlqoyma mərasimi ərəb mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, nüfuzlu “Əl Hadat” və “Saudi TV1” telekanalları, həmçinin “Arab news”, “Əl Riyad”, “Attağa”, “Əl Bilad” və digər mətbuat orqanları Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun mərasimdəki çıxışının əsas məqamlarını işıqlandırıblar.