İraqda fəaliyyət göstərən “İraq-Azərbaycan Dostluq Cəmiyyəti” təşkilatı tərəfindən nəşr olunan “Dostluq” qəzetinin növbəti buraxılışı dərc edilib.
AZƏRTAC xəbər verir ki, bu nömrədə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə “Şuşa İli” elan olunması, Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun dövlətimizin başçısının yubileyi ilə bağlı məqaləsi, 2021-ci ilin dekabrında Bağdadda Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konfrans, ölkəmizdə narçılığın mövcud vəziyyəti ilə bağlı Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovun məqaləsi və digər məlumatlar işıqlandırılıb.