Prezident öldürülsə onu kim əvəzləyəcək?-FOTO

Belarusda ölkə prezidentinin ölümü halında hakimiyyətin hərəkətlərinin müəyyən ssenarisi hazırlanıb. Müvafiq plan dövlət başçısının rəsmi saytında dərc edilmiş respublika Konstitusiyasına əlavə və dəyişikliklər layihəsində əksini tapıb.

Belə ki, sənədin 88-ci maddəsində prezident terror aktı, hərbi təcavüz və ya digər zorakılıq hərəkətləri nəticəsində həlak olduqda, dövlət orqanlarının Təhlükəsizlik Şurasının qərarlarına uyğun hərəkət edəcək.

Bundan əlavə, Respublika Şurasının sədri bu işdə Təhlükəsizlik Şurasına sədrlik edəcək. Hazırki qanuna uyğun dövlət başçısı öz vəzifələrini yerinə yetirə bilmirsə, onu baş nazir əvəzlənir.

Həmçinin Belarus Konstitusiyasına dəyişikliklər layihəsində qeyd olunur ki, respublika prezidenti maksimum iki müddətə hakimiyyətdə ola bilər.

Konstitusiyaya dəyişikliklər layihəsi bazar ertəsi, dekabrın 27-də dərc olunub. Referendumun tarixi sənədin müzakirəsindən dərhal sonra elan ediləcək.

virtualaz.org