Mingəçevirdə izdihamlı anım mərasimi-FOTOLAR

167

Azərbaycan xalqının qan yaddaşında Soyqırım hadisəsi kimi yer alan Xocalı faciəsindən 28 il ötür.

Mingəçevirdə üzlərlə şəhər sakininin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Kanal32.az xəbər verir ki,respublikamızın hər yerində olduğu kimi Mingəçevir şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.Şəhidlər xiyabında keçirilən anım mərasimi böyük izdihamla müşayət olunub.Şəhidllərin ruhuna dualar oxunub.Şəhidlər Xiyabanına axın edən yüzlərlə insan həlak olan şəhidlərə Allahdan rəhmət diləyib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  və aparatın kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, prokurorluğun əməkdaşları, polis şöbəsinin, təhsil və mədəniyyət şöbələrinin, səhiyyə ocaqlarının, Mingəçevir Dövlət Universitetinin, kolleclərin, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri Soyqırım abidəsinin önünə gül dəstələri qoyaraq Xocalı hadisəsinin qurbanlarına öz ehtiramlarını bildiriblər.

Sonra tədbir Mingəçevir Dövlət Dram Teatrında davam edib. Mərasim iştirakçıları Dram Teatrın foyesində Xocalı hadisələrindən bəhs edən məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanışlıq ediblər. Sonra “Xoca” filmi nümayiş edilib.

Xatıraladaq ki,1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, qarlı-şaxtalı qış günlərində minlərlə əhalinin yaşadığı Azərbaycanın qədin Xocalı diyarında erməni hərbi birləşmələrinin,Rusiyanın 366-cı motoatıcı alayının əsgər və zabitləri ilə birgə həyata keçirdiyi qətliam zamanı yüzlərlə insan, uşaq, qadın, yaşlılar amansızlıqla öldürülüb. Yüzlərlə insan əsir və itkin düşüb.

Müəllif:İxtiyar Həsənli

Kanal32.az