İsgəndər Həmidov vəfat etdi

239

Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri, keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

Kanal32.az xəbər verir ki, bu barədə İ.Həmidovun həkimi, professor Adil Qeybulla özünün feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!