Əliyevlə Paşinyanyaxın günlərdə yenidən görüşə bilər

Nikol Paşinyanla İlham Əliyev arasında Brüssel görüşü bu ilin sonuncusu olmaya bilər.

Kanal32.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı (“past” qəzeti)məlumat yayıb.

“İlkin razılığa əsasən, Ermənistan və Azərbaycan liderləri bu il yenidən Rusiyada görüşəcəklər. Bizdə olan məlumata görə, bu görüş baş tutsa, ümumi xarakter daşıyacaq. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri də iştirak edəcəklər – baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev. Bundan əlavə müdafiə və xarici işlər nazirlərinin iştirakı da gözlənilir.

Hələlik görüşlə bağlı rəsmi açıqlamalar olmasa da, ola bilsin ki, bu, lüzumsuz fərziyyə və suallara yol verməmək üçün görüşə cəmi bir-iki gün qalmış açıqlansın”, – məlumatda deyilir.