Köçkün məktəbi aksiya keçirdi-FOTOLAR

260

Ağdam məktəbliləri Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində ölkə başçısı İlham Əliyevə dəstək və “Xocalıya ədalət! çağırışı məqsədi ilə “Prezidentimizlə bir olaq, Qarabağa yol alaq!” adlı aksiya keçiriblər.

Kanal32.az xəbər verir ki,Mingəçevirdə yerləşən Ağdam rayon 26 saylı köçkün tam orta məktəbində pedaqoji kollektivin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Prezidentimizlə bir olaq, Qarabağa yol alaq!” mövzusunda tədbir keçirilib.Tədbirin ideya müəllifi və  təşkilatçısı məktəbin  tarix müəllimi Məhsəti Hüseynova olub.Əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq öncə məktəbdə dəyirmi masa təşkil olunub.Toplantını giriş sözü ilə açan tədbrin təşkilatçısı Məhsəti Hüseynova ölkə başçısı cənab İlham Əliyevin son aylarda Qarabağ münaqişəsi ilə bağlı atddığı addımlardan danışıb.O,dövlət başçımızın həm Valday görüşündə,həm də Almaniyadakı beynəlxalq səviyyəli tribunadan işğalçı Ermənistanın Baş naziri Paşinyanı bütün dünyanın gözü qarşısında çıxılmaz vəziyyətə salmasını ölkəmizin diplomatik uğuru kimi qiymətləndirib.Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı dünya ictimaiyyəti qarşısında erməni yalanlarını və Paşinyanı ifşa edib.

Çıxış edən tarix müəllimi İntiqamAdıgözəlov bildirib ki,iştirak etdiyi beynəlxalq tədbirlərdə İlham Əliyev Ermənistan rəhbərliyini ifşa edib, onu rəzil hala salıb və dünyaya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla göstərib.Prezident Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini bir daha bütün dünyaya bəyan etdi.

Sonra isə Azərbaycan prezidenti  İlham Əliyevin erməniləri ifşa edən və onların iç üzünü açan tarixi çıxışları nümayiş olunub.

Tədbrinin rəsmi hissəsindən sonra müəllim və şagirdlər əllərində tutuqları şüarlar Mingəçevir şəhərinin Bayraq meydanına doğru yürüş ediblər.Onlar “Prezidentimizlə bir olaq, Qarabağa yol alaq!”, “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” səsləndiriblər.

Kanal32.az