Mingəçevirə aşiq olan səfir kimdir?-FOTOLAR

116

İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, pr.dr. Husnan Bey Fananie  Mingəçevirdə növbəti dəfə səfərdə olub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov qonağı qəbul edib. Əvvəlcə o, səfirə şəhərin tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun uğurlu nəticələrinin Mingəçevirində  simasından aydın göründüyünü qeyd edən icra başçısı son illərdə şəhərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə, həyata keçirilən infrastruktur layihələr, təhsil, səhiyyə, mədəniyyət və turizmin inkişafı barədə qonağa  ətraflı məlumat verib.

Səmimi qəbula görə icra başçısına təşəkkürünü bildirən səfir qeyd edib ki, bu,onun Mingəçevirə ikinçi səfəridir: ”Mən Mingəçevirdə bir səfir kimi yox, əziz bir insan kimi qarşılanıram. Ona görə də hətta bəzən bu şəhər mənim yuxuma da gəlir. Buranın təbiəti , turizm potensialı çox xoşuma gəlir. Mən dünən də Mingəçevir Dövlət Universitetində oldum. Çox səmimi qarşılandım.Bu universitetdə gələcəkdə bir müəllim kimi işləmək istərdim. Bir sözlə, mən Mingəçevirə aşiq olmuşam” ”.

MDU-da olmaqdan məmnunluğunu bildirən səfir Hüsnan Bəy Fananie Azərbaycanla İndoneziya arasındakı çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Ölkəsinin ali təhsil sistemi, qabaqcıl universitetləri, xarici vətəndaşlar üçün təqdim olunan təqaüd imkanları haqqında danışan səfir gələcəkdə MDU tələbələri və müəllimlərinin İndoneziyada təhsil alması və təcrübə keçməsinə zəruri dəstək göstərməyə hazır olduğunu da  bildirib. Eyni zamanda səfir İndoneziyanın Meydan  şəhəri ilə Mingəçevirin  qardaşlaşmış səhərlər kimi əlaqələrinin qurulmasına da nail olacağını  qeyd edib. Qonaq Nizami Gəncəvi, Nəsimi, Xətai, Füzuli, Hüseyn Cavid və digər mütəfəkkirlər yetirən Azərbaycan xalqının zəngin mədəni irsə malik olmasını ayrıca qeyd edib və belə bir ölkədə diplomatik xidmətdə olmaqdan qürur duyduğunu bildirib. Qonaq sonda özü ilə gətirdiyi kiçik hədiyyələri başçıya təqdim edib.

Esmira Hidayətova