MSK 57 saylı Kürdəmir DSK-nın nəticələrini ləğv etməkdən niyə qorxur?-ŞOK SƏBƏB-VİDEO

192

Fevralın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun müraciətinə baxılıb.

Kanal32.az bildirir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, qanunvericiliyin tələbinə zidd olaraq namizədin müraciətinə 57 saylı Dairə Seçki Komissiyasında (DSK) baxılmayıb.

Buna görə də MSK müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib.

Q.Orucov eyni zamanda DSK tərəfindən namizədin müraciətinə baxılmamasına da gələcəkdə MSK-nın qiymət verməsini zəruri sayıb.

MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib.

Bu zaman sual yaranır.Ölkədə ən biabrçı seçki olaylarının yaşandığı 57 saylı Kürdəmir DSK buraxılmalıdır,yoxsa bu dairədə keçirilən seçkilərin nəticələri ləğv edilməlidir?

Bəs əsl reallıq nədən ibarətdir?

İddialara görə,”seçdirilən” namizəd Əminə Ağazadənin arxasında Baş prokurorluq dayanır.

Demək olar ki,hər gün verdiyi ziddiyyətli açqılamalarla,səsləndirdiyi fikirlərlə xalqı və dövləti barmağına dolayan MSK sədri Məzahir Pənahov yüzlərlə qanun pozuntusunun qeydə alındığı  57 saylı Kürdəmir Seçki Dairəsində baş verən cinayət tərkibli qanun pozuntularına göz yumur.Baxmayaraq ki, bütün bu faktlar KİV nümayəndləri tərəfindən videolentə alınıb və hazırda sosial şəbəkələrdə və saytlarda tirajlanıb.Hətta,57 saylı Kürdəmir Seçki Dairəsidən ən şanslı namizəd olan və qazandığı səsləri yerli seçki komissiyaları tərəfindən oğurlanan və saxtalaşdırılan Rəşad Qəribov yüzə yaxın təkzibolunmaz faktları rəsmi qaydada MSK-ya təqdim edib.

“Kanal32”nin apardığı araşdırma zamanı məlum olub ki,ölkəmizin “baş seçki qəhrəmanı” Məzahir müəllimin( heyif müəllim adından ki,masonizim əlaltıları o şərəfli adı şərəfsiz etməyə nail olmaq üzrədir) 57 saylı Kürdəmir Seçki Dairəsinin nəticələrini ləğv etməyə cəsarəti çatmır.Çünki icra başçısı Ceyhun Cəfərovun hərtərfli dəstək verdiyi və seçki məntəqələrinin,DSK-nın,nəhayət MSK-nın “xidmət”ləri sayəsində “seçdikləri” namizəd Ağazadə Əminə Həmid qızının arxasında Baş prokurorluq dayanır.Onunla görüşdə iştirak edən şəxslərdən birinin redaksiyamıza verdiyi məlumata görə,hətta,bu xanım qız bir neçə yerdə şəstlə bəyan edib ki,mən bu yola ağsaqqalımız Zakir Qaralovun xeyir-duası ilə çıxmışam.Heç kim mənə mane ola bilməz.

Elə bu yerdə adamın Məzahir müəllimi başa düşməyi gəlir.Ona görə ki,100 kürdəmirlinin 95-nin tanımadığı Əminə xanım seçdirilməsə idi Məzahir Pənahovun Yevlaxda prokuror işləyən(əslində isə prokuror adı daşıyan,çünki yevlaxlılar deyir ki,o işləmir,sadəcə istirahət edir) qaradşı Elxan Pənahovun karyerası sual altına düşəcəkdi və daha başqa nələr,nələr…

Mərkəzi Seçki Komssiyasının və Baş prokurorluğun diqqətinə çatdıraq ki,57 saylı Kürdəmir Seçki Dairəsində namizədlərin hüquqları ilə yanaşı, AR.Seçki Məcəlləsinin 112-1.6.3 maddəsinin tələbləri kobud şəkildə pozulub və ortaya çıxan faktlar birbaşa qanunla müəyyən edilmiş formada cinayət məsuliyyəti yaradır.

MSK-nın sədri Məzahir Pənahovun 57 saylı DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləməsindən sonra adamın ağına bir məsəl gəlir:”Eşşəyə gücü çatmır,palanı döyəcləyir”

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Araşdrıma davam edir..

Kanal32.az

MSK bu videolara diqqətlə baxsın!

MSK bu videolara diqqətlə baxsın!

Polis sanki məntəqə sədridir…