Azərbaycanda bitən bu meyvə koronavirusu sağaldır-FOTO

Xurmada olan tanin maddəsi (tanik turşusu) koronavirusa qarşı güclü dərmandır.

Kanal32.az axar.az-a istinadla xəbər verir ki, bu, yapon alimlərinin araşdırması nəticəsində məlum olub.

Nara Tibb Üniversitetində heyvanlar üzərində aparılan araşdırma zamanı tanin maddəsinin virusun simptomlarının inkişafının qarşısını aldığı məlum olub.

Belə ki, virus daşıyıcısı heyvanlara bu maddə verilib və 3 gün içində həmin canlıların sağaldığı aşkarlanıb.

Qeyd edək ki, meyvənin tərkibindəki A, C, B1, B2 və B3 vitaminləri, karbonhidrat, fosfor, protein, kalsium, dəmir, sodium, potasium və maqnezium ürək, xərçəng xəstəliklərinin qarşısını almaqda əvəzolunmaz vasitədir.