Gimnaziya tələbələri “Qədim Göyçə-Ulu Ustad” adlı tədbir keçirdi-FOTOLAR

Tanrı naxışı, söz sərrafı, öz mənəvi dünyası ilə şeir yazanı da, şeir sevəni də sehirləyən böyük ustad Aşıq Ələsgərin sazının, sözünün işığına yığışıblar.

Kanal32.az-ın məlumatına görə,S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Qədim Göyçə-Ulu Ustad” adlı ədəbi -bədii gecə keçirilib.

Böyük Ustad haqqında, onun yardıcılığı barədə verilən məlumatlarla yanaşı şagirdlərin ifasında şeirlər səsləndirilidi, tamaşa göstərilib, rəqslər ifa olunub. Gecədə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Azərbaycan Respublikası Aşıqlar Birliyinin üzvü aşıq Tərmeyxan, Qarabağ müharibəsinin canlı şahidi, keçmiş döyüşçü Aidə Şirinova gimnaziyanın rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.

Tədbirdə iştirak edən qonaqlar maraqlı anlarla yadda qalan Gecənin təşkilinə görə Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Kifayət Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Kanal32.az