Ümumi statistikaya nəzər salsaq, göstəricilərə əsasən, işgüzar xanımların sayı faiz nisbətində kişilərə əsasən aşağıdır. Buna səbəb olaraq, bildirirəm ki, qadınların Cəmiyyətdə məişət problemlərinin olması, həmçinin gənc xanımların övlad sahibi olduqdan sonra analıq məzuniyyətinə çıxmalarıdır ki, bu da işlərində ciddi fasilələrə gətirib çıxardır. Bəzəndə olur ki, xanımlar analıq məzuniyyətindən qayıtdıqdan sonra iş həyatlarına son vermiş olurlar. Bu məqamda təbii ki İşəgötürənlər uçün ciddi risk amilidir.
Nəticə etibarı ilə, hesab edirəm ki, xanımlarda məsuliyyətin, verimliliyin yüksəldiməsi üçün, hamiləlik və analıq məzuniyyəti ilə bağlı imtiyazların azaldılması istiqamətində qanunvericilikdə yumşaldılma olmalıdır ki, İşəgötürənlər xanımları işə götürməkdə marağlı olsunlar. Lakin, son illərə nəzər yetirsək, şahidi olarıq ki, Dövlətimiz tərəfdən aparılan islahatlar nəticəsində Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır, xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirirlər. Buna nümunə olaraq Mətanət A Şirkətlər Qrupunu örnək gətirə bilərəm ki, gender bərabərliyi tam təmin edilir.
İnsan resursları üzrə mütəxəssis
Sevda Nəzərova