Namizədlər bəyanat yayıblar

310

“47,57 və 82 saylı Seçki Dairələrinin nəticələri ləğv edilməli və yeni seçkilər keçirilməlidir”

Artıq xeyli  sayda namizəd  seçkilərin kütləvi saxtalaşdırılması ilə bağlı rəsmi bəyanatlar yayıblar.

Fevralın 9-da  ölkəmizdə insanların böyük ümidlərlə gözlədiyi növbədənkənar parlament seçkilər keçirildi.Dünyaca məşhur Məzahir müəllimin Mərkəzi Seçki Komissiyası (MSK) isə qısa müddət sonra  Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqladı.Elə “kef” də bundan sonra başladı.Belə ki,gözləntilərin əksinə olaraq bir çox  dairələrdə sözün əsl mənasında xalqı qıcıqlandıran nəticələr ortaya çıxdı.Daha doğrusu çıxarıldı.Yenə də bəzi düşük,yaltaq,lazımsız,”yatağan”,”lal”,”papağı günə verən”,oliqarx və s. kimi namizədlər yenidən deputat “seçildi”(?)

Bir neçə dairədə səslərin saxtalaşıdırılması,səslərin oğurlanması və yerli icra hakimiyyətləri səviyyəsində seçki prosesinə müdaxilələrlə bağlı iddialar gündəmi zəbt etdi.

Onu da vurğulayaq ki,ölkə başçısının fevralın 12-də Kürdəmir rayonuna səfəri zamanı səsləndirdiyi fikirlər namizədlərdə ümid yaradıb ki,saxtakarlıq edənlər və onların havadarları cəzalandırılacaq.Dövləti və onun siyasi xəttini gözdən salanlar,dövlətə və onun qanunlarına və rəhbərinə xəyanət edənlər qanun qarşısında cavab verəcəklər.Çünki görünən odur ki,”qoca qurdalar”dan ibarət “yatağan mafiya” islahata və islahatçılara qarşıdır.Konkret desək,həmin islahatları boğmağa çalışırlar.

Xatırladaq ki,Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə ciddi qanun pozuntularının qeydə alındığı 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Kanal32.az