Deputat İlham Məmmədov seçiciləri ilə görüşüb-FOTOLAR

Milli Məclisin deputatı İlham Məmmədov 10-11 dekabr 2021-ci il tarixlərində YAP Yevlax Rayon Təşkilatının inzibati binasında öz seçicilərini qəbul edib.

Kanal32.az-ın məlumatına görə,İlham Məmmədov onların hər birini ayrı-ayrılıqda dinləyərək, yerində həll olunan problemlerin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirib. Eyni zamanda vətəndaşları narahat edən digər problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını qeyd edib.

Deputat seçiciləri ilə görüşdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, əhalinin sosial rifahının yüksəldilməsi naminə qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini narahat edən məslələrin həlli ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Kanal32.az