Mingəçevirin problemləri həllini tapacaqmı?-FOTOLAR

25

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüşünü keçirib.

Növbəti görüş 2 saylı Mənzil İstismar Sahəsinin ərazisində olan Puşkin, Ərəş, N.Nərimanov, Nizami küçələrinin sakinləri ilə olub. Gənclər Evində ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərlərinin, KİV təmsilçilərinin iştirakı ilə keçirilən görüşü açan icra başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə baş tutan bu cür görüşlərin mühüm əhəmiyyətindən danışıb.

İcra başçısı qeyd edib ki, ötən il Azərbaycan üçün uğurlu illərdən olub. Ən əvvəl ölkə prezidentinin əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı müvafiq sərəncamlar 4,2 milyon əhalinin həyat şəraitinə təsir edib. Sənaye məhsullarının istehsalı , aqrar istiqamətdə, qeyri-neft sektorunda, təhsil, mədəniyyət, səhiyyə sahələrində, tikintidə əldə edilən nailiyyətlər ürəkaçan olub. Iqtisadi sahədə böyük inkişaflar əldə edən ölkəmizdə ardıcıl olaraq həyata keçirilən infrastruktur llayihələr hər bir regionda davam etdirilir. Mingəçevirdə həyata keçirilən abadlıq quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Belə ki, ötən il 20 məhəllədə abadlıq işləri başa çatıb, 30 binanın blokları əsaslı təmir edilib, giriş qapıları və pəncərə çərçivələri qoyulub, 9 məhəllədə işıqlandırma sistemləri quraşdırılıb, 5 küçədəki binalarıln fasadları üzlənərək rənglənib, bərbad hala düşmüş binalarda əsaslı təmir işləri yekunlaşıb. Bu il görüləcək işlər daha əhatəli olacaq.

Görüşdə çıxış edən şəhər sakinləri ölkə prezientinin regionlara göstərdiyi diqqəti təqdir ediblər. Tofiq Qarayev, Sahibə Rüstəmova, Cəlal Mustafeyev, Abuzər Kərimov, Məhəmməd Mehdiyev şəhərimizdə həyata keçirilən abadlıq quruculuq işlərinin, xüsusilə müxtəlif ərazilərdə istirahət parklarının salınmasının sakinlərə göstərilən diqqət  kimi qiymətləndiriblər.O cümlədən,problem və qayğılardan da danışıblar.

Onlar istilik sisteminin bərpa edilməsi, yaşıllıqların suvarılmasının qaydaya salınması, binalarıln qarşısında işıqlanma sisteminin quraşdırılması, kanalizasiya sahəsindəki narahatlıqlar, yeni iş yerlərinin açılması və digər problemlərdən söhbət açıblar.

Şəhər rəhbəri görülən işlərin genişlənəcəyini bildirərək vurğulayıb ki, Mingəçeviri daha da gözəlləşdirmək, sakinlərin istirahəti, rifah halının yaxşılaşması üçün bundan sonra işlərimizi uğurla davam etdirəcək, mövcud problemlərin həllinə nail olacağıq.

Müəllif:Mətanət

Kanal32.az