“Günahkarlar cəzalansın və belə hallar təkrarlanmasın”

103

Prezident İlham Əliyev bu gün Kürdəmirə səfəri zamanı ASAN Xidmət mərkəzinin açılışında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində yol verilmiş pozuntuların MSK tərəfindən araşdırıldığını bildirib.

“Əgər pozuntular varsa bunlar araşdırılacaq. Mən bilirəm ki, MSK artıq fəal araşdırmaya başlayıb, yerlərdən informasiyaları toplayır. Biz özümüz maraqlıyıq ki, günahkarlar cəzalansın və belə hallar təkrarlanmasın”,-İlham Əliyev mərkzin açılışında gənclər qarşısında çıxışı zamanı belə deyib. Prezidentin çıxışından RİA Novosti sitat gətirir.

İlham Əliyev habelə deyib ki, ATƏT-in parlament seçkiləri barədə hesabatının bütün bəndləri ilə razılaşa bilməz, amma ümumilikdə hesabatı balanslı və əvvəlkilərə nisbətən obyektiv hesab edir.

“Müşahidəçilər müsbət tendensiyanı müşahidə ediblər və bu faktı qeyd ediblər ki, pozuntular prosedur xarakter daşıyır. Belə məqamlar isə hər ölkədə olur. İdeal seçkilər heç yerdə yoxdur. Hesab edirəm ki, əvvəllər bizə həmişə qərəzli yanaşan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ötən illərə nisbətən bu dəfə daha balanslı və obyektiv mövqe nümayiş edirib. Əlbətdə, bütün məqamlarla biz razılaşmırıq, amma əvvəllər olduğuna nisbətən daha obyektiv olub”,-Əliyev Kürdəmirdə bildirib.