Ermənilər Kəlbəcərə hücum etdi-RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Kanal32.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi yayıb.

“Dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – nazirlikdən bildirilib.