Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri kimdir?-MARAQLI DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Kanal32.az yeniavaz.com-a istinadən xəbər verir ki, Zaur Rauf oğlu Mikayılov “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçən bir-sıra şirkətlərin qanuni təmsilçsi olub.

Zaur Mikayılov daha əvvəl ölkənin aparıcı supermarketlərindən biri də BRAVO  supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC-nin də direktoru olub.

Zaur Mikayılov eyni zamanda “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda yerləşən “Agro Supply” MMC-nin də direktoru olub.

Bundan başqa Zaur Mikayılov 2015-2016-cı illərdə “Pasha Construction” Bundan başqa Zaur Mikayılov 2015-2016-cı illərdə “Pasha Construction”,  2009-2015-ci illərdə “Port Baku Towers”, 2001-2009-cu illərdə isə “Baksell” Ltd MMC-də çalışıb.

Onu da bildirək ki, Zaur Mikayılov 1992-1998-ci illərdə Türkiyənin Boğaziçi Universitetində təhsil alıb.

 

Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri kimdir?-MARAQLI DOSYE
Comments (0)
Add Comment